XAQAN BALAYEV

Bakı Mühəndislik Universitetinin “Ümumi fənlər” kafedrasının dosenti,

siyasi elmlər üzrə fəlsəfə doktoru

[email protected]

 

RABİL MEHTİYEV

Bakı Mühəndislik Universitetinin “Ümumi fənlər” kafedrasının dosenti,

fəlsəfə üzrə fəlsəfə doktoru

[email protected]

 

AZƏRBAYCAN ÜMUMŞƏRQ SİVİLİZASİYASININ

MƏRKƏZLƏRİNDƏN BİRİ KİMİ

 

DOI: https://doi.org/10.36719/2708-065X/113/5-10

 

Azərbaycan tarixən zəngin mədəni irsi ilə məşhur olmuş, ərazimizdə meydana gəlmiş Şirvanşah­lar, Ağqoyunlu, Səfəvi və digər dövlətlərimizdə elmə, mədəniyyətə, incəsənətə, təhsilə xüsusi önəm ve­rilmiş, orta əsr Azərbaycan şəhərləri Şərqin yüksək inkişaf səviyyəsində olan elm və mədəniyyət mər­kəzləri kimi qəbul edilmişdi. Eyni zamanda Səfəvilər dövlətində Azərbaycan dili dövlət dili statusu qazanaraq böyük bir coğrafi ərazidə hakim dillərdən biri olmuşdur. XIX yüzillikdə Rusiya və İran imperiyaları tərəfindən bölüşdürüldükdən sonra da Azərbaycan Ümumşərq Sivilizasiyaları tarixində önəmli mövqeyini qoruyub saxlaya bilmişdi. Rusiyada şərqşünaslıq elminin yaradılmasında və inki­şaf etdirilməsində azərbaycanlı alimlərin böyük xidmətləri olmuşdu. Rusiya imperiyası dağıldıqdan sonra şərq xalqları tarixində ilk demokratik cümhuriyyətin əsası məhz Azərbaycan xalqı tərəfindən qoyulmuşdu. Azərbaycan Demokratik Respublikası (1918-1920) qərb siyasi idarəçilik qaydalarını uğurla tətbiq edə bilmişdi. Müasir dövrdə Azərbaycan Respublikası ADR-in varisi kimi uğurla fəaliy­yət göstərməkdədir.

Açar sözlər: Sivilizasiyalar, Azərbaycan, mədəniyyət, şərq ölkələri, intibah dövrü.



YÜKLƏ [227.57 Kb]
Baxış: 1
© 2023 TARİX VƏ ONUN PROBLEMLƏRİ

“Tarix və onun problemləri” elmi, nəzəri, metodik jurnal 1997-ci ildə Mətbuat və İnformasiya nazirliyinin reyestrinə daxil edilmiş və həmin ildən nəşr edilməsinə başlanılmışdır. İldə 4 sayı nəşr edilir.

AAK tərəfindən Azərbaycan Respublikasında məqalələrin dərc olunması tövsiyə edilən dövri elmi nəşrilər siyahısına daxildir:
Tarix və Antropologiya , Siyasi elmlər


Redaksiyanın ünvanı: Akademik Z.Xəlilov küçəsi, 23
Bakı Dövlət Universiteti, Tarix fakültəsi, 805

Telefon: (012) 539-08-56

E-mail: [email protected]



{sape_links}