MƏTANƏT MƏMMƏDOVA
tarix üzrə fəlsəfə doktoru,
Bakı Dövlət Universitetinin dosenti
ORCID:0000-0002-7069-1922
QƏRBİ AZƏRBAYCAN ZİYALILARININ
ELM VƏ TƏHSİLİMİZİN İNKİŞAFINDA ROLU
DOI: https://doi.org/10.36719/2708-065X/112/260-264
Məqaləni yazmaqda məqsəd öz döğma yurd-yuvalarından qovulmuş, deportasiya edilmiş soydaşlarımızın haqq səsini dünyaya çatdırmaq, ən qədimdən azərbaycanlıların yurd yeri olan Qərbi Azərbaycan torpaqlarının tarixinə, ictimai-siyasi,sosial-mədəni həyatına, xüsusilə də, XIX-XX əsrlərdəki təhsil sisteminə bugünün aktual prizmasından yanaşmaqdır. Məhz “İkinci Qarabağ” müharibəsindən sonra daha da aktual olan “Qayıdış konsepsiyası”, yəni azərbaycanlıların Qərbi Azərbaycana qayıdışı beynəlxalq hüquq normalarına cavab verməklə yanaşı, həm də tarixi ədalətin bərpası deməkdir. Bu nöqteyi-nəzərdən mövzu aktual və əhəmiyyətlidir. Əsas məsələ arxiv sənədlərində, mənbələrdə tarixi qorunan İrəvan Müəllimlər Seminariyasını, İrəvan Kişi Gimnaziyasını, Uluxanlı məktəbini, bu təhsil ocaqlarını bitirən, elmimizə, təhsilimizə böyük töhfələr verən Qərbi Azərbaycan alim ziyalılarımızı, müəllim və tarixi şəxsiyyətlərimizi xalqın qan yaddaşında, mənəviyyatında yaşatmaq, onların Azərbaycan elminin, maarifinin inkişafında özünəməxsus yeri olduğunu vurğulamaqdan ibarətdir.
Açar sözlər: Qərbi Azərbaycan,Qayıdış Konsepsiyas, maarif, seminariya, ziyalı.
