ƏSMƏD MUXTAROVA

Bakı Dövlət Universitetinin professoru

[email protected]

 

SEVİNC RUİNTƏN

Bakı Dövlət Universitetinin dosenti

[email protected]

 

ZİRVƏDƏN GÖRÜNƏN VƏ ZİRVƏDƏ GÖRÜNƏN ÖMÜR YOLU:

PROFESSOR QABİL ƏLİYEV – 70

 

DOI: https://doi.org/10.36719/2708-065X/114/298-300

 

 

Alimin tanınması üçün onun öz kəşfləri kifayət deyil,

gərək onun özünü də kəşf edənlər olsun

(Əbu Turxan/Səlahəddin Xəlilov)

 

70 il… Bu, insan ömrünün bütöv bir tarixidir. Bu tarixə zirvədən baxanda keçilən yolun bütün eniş-yoxuşları, sınaqları, geridə qoyulan izlər aydın görünür. Bir müəllimin, alimin ömründə isə bu izlər yalnız şəxsi həyatla məhdudlaşmır: onun ömrünün bir parçası tələbələrinin yaddaşında, elmi əsərlərində, yetişdirdiyi tədqiqatçılarda və illər boyu formalaşdırdığı mənəvi mühitdə davam edir. Bakı Dövlət Universitetinin professoru, tarix elmləri doktoru Qabil Əli oğlu Əliyevin 70 illik yubileyi münasibətilə onun ömür yoluna nəzər salmaq da məhz belə bir zirvədən baxışdır və eyni zamanda, zirvəyə baxışdır. Baxaraq gördüklərimizi qısa şəkildə təqdim etməyə çalışaq:

Elm adamı olmaq sadəcə auditoriyada mühazirə demək, arxivlərdə araşdırma aparmaq və ya elmi dərəcələr qazanmaq deyil. Əsl elm adamı odur ki, zamanın çətin sınaqlarından, dəyişən ağır dövrlərdən keçərkən insani xüsusiyyətlərini, obyektivliyini və daxili işığını qoruyub saxlamağı ba­carsın. Çünki həqiqətən də hər şeyin əsası əxlaqdır! Qabil müəllim belə insanlardandır. Və o, sadəcə elm xadimi deyil, həm də bütöv bir nəslin formalaşmasında müstəsna rolu olan əsl müəllim, gözəl insan və ziyalı idealıdır.

1956-cı il oktyabrın 13-də Füzuli rayonunun Merdinli kəndində dünyaya gələn Qabil müəllimin həyat yolu zəhmətin, dözümün və elmə olan sarsılmaz sevginin bariz nümunəsidir. Hələ gənclik illə­rindən tarix elminə bağlanan alim öz elmi yaradıcılığı ilə Azərbaycan tarixşünaslığına, xüsusilə də Qafqaz tarixinin öyrənilməsi istiqamətində, mühüm töhfələr vermişdir. O, Bakı Dövlət Universiteti­nin Tarix fakültəsində uzun illər apardığı səmərəli pedaqoji və elmi-tədqiqat fəaliyyəti zamanında neçə-neçə gənc tədqiqatçının, tarixçinin hazırlanmasında rol oynamışdır. Onun tədqiqatları, dərslik­ləri və elmi məqalələri bu gün də akademik dairələrdə böyük hörmətlə qarşılanır. Professor Qabil Əliyev həmçinin respublika daxilində və beynəlxalq səviyyədə keçirilən müxtəlif elmi konfranslarda, simpoziumlarda fəal iştirak etməklə aktual tarixi problemlərin obyektiv elmi izahına da töhfələr ver­mişdir. Azərbaycan elminin aparıcı nəşrlərindən olan, hər zaman obyektivliyi və elmi ciddiyyəti təb­liğ edən "Tarix və onun problemləri" elmi, nəzəri və metodik jurnalın redaksiya heyətinin üzvü kimi onun gördüyü işlər respublikamızda tarix elminin inkişafına verilən dəyərli töhfələrdən sadəcə biridir. Qabil müəllim bu elmi ocaq çərçivəsində də hər zaman obyektivliyin və peşəkarlığın qoruyucuların­dan biri olmuşdur.

....



YÜKLƏ [254.47 Kb]
Baxış: 4
© 2023 TARİX VƏ ONUN PROBLEMLƏRİ

“Tarix və onun problemləri” elmi, nəzəri, metodik jurnal 1997-ci ildə Mətbuat və İnformasiya nazirliyinin reyestrinə daxil edilmiş və həmin ildən nəşr edilməsinə başlanılmışdır. İldə 4 sayı nəşr edilir.

AAK tərəfindən Azərbaycan Respublikasında məqalələrin dərc olunması tövsiyə edilən dövri elmi nəşrilər siyahısına daxildir:
Tarix və Antropologiya , Siyasi elmlər


Redaksiyanın ünvanı: Akademik Z.Xəlilov küçəsi, 23
Bakı Dövlət Universiteti, Tarix fakültəsi, 805

Telefon: (012) 539-08-56

E-mail: [email protected]



{sape_links}