ƏSMƏD MUXTAROVA

Bakı Dövlət Universitetinin professoru

[email protected]

 

TARİX YAZAN VƏ TARİXİ YAŞAYAN ÖMÜR YOLU

 

DOI: https://doi.org/10.36719/2708-065X/114/296-297

 

2026-cı ilin sentyabr ayında Azərbaycan elminin və təhsilinin flaqmanı Bakı Dövlət Universite­tinin Mənbəşünaslıq, tarixşünaslıq və metodika kafedrasının dosenti Səidə Əli qızının 80 yaşı tamam olur. Səkkiz onillik bir insan ömrü üçün böyük rəqəmdir. Amma bu səkkiz onillik əgər elmə, Vətənə, təhsilə və gənc nəslin yetişdirilməsinə həsr olunubsa, o zaman bu rəqəm sadəcə təqvim təcrübəsi deyil, əsl qəhrəmanlıq salnaməsidir. Tarix üzrə fəlsəfə doktoru, dosent Səidə xanım Əli qızının həyat yolu da məhz belə bir şərəfli salnamədir. O, həyatını Azərbaycan elminin ən çətin, lakin ən şərəfli sahələrindən biri olan tarix elminə bağlayıb. Bakı Dövlət Universitetinin Tarix fakültəsi illərdir ki, Azərbaycanın ideoloji və elmi sütunlarını formalaşdırır. Bu sütunları uca edənlər isə məhz Səidə xa­nım kimi fədakar müəllimlərdir. Mənbəşünaslıq kimi dərin səbir, incə detal duyumu və mühakimə tələb edən bir sahədə illərlə tədqiqat aparmaq, mənbələrin qat-qat tozunu aralayaraq həqiqəti üzə çı­xarmaq hər adamın işi deyil. Səidə xanım elmi-pedaqoji fəaliyyəti dövründə daim bu elmin keşiyində durub, gənclərimizə təkcə quru tarix deyil, həm də onun ruhunu, sətiraltı həqiqətlərini öyrədib.

...



YÜKLƏ [207.39 Kb]
Baxış: 2
© 2023 TARİX VƏ ONUN PROBLEMLƏRİ

“Tarix və onun problemləri” elmi, nəzəri, metodik jurnal 1997-ci ildə Mətbuat və İnformasiya nazirliyinin reyestrinə daxil edilmiş və həmin ildən nəşr edilməsinə başlanılmışdır. İldə 4 sayı nəşr edilir.

AAK tərəfindən Azərbaycan Respublikasında məqalələrin dərc olunması tövsiyə edilən dövri elmi nəşrilər siyahısına daxildir:
Tarix və Antropologiya , Siyasi elmlər


Redaksiyanın ünvanı: Akademik Z.Xəlilov küçəsi, 23
Bakı Dövlət Universiteti, Tarix fakültəsi, 805

Telefon: (012) 539-08-56

E-mail: [email protected]



{sape_links}