AYSEL İSMAYILOVA
AMEA Naxçıvan Bölməsi, Tarix, Etnoqrafiya və
Arxeologiya İnstitutu, elmi işçi
IX-XIII ƏSRLƏRDƏ NAXÇIVANIN İQTİSADİ MƏDƏNİ ƏLAQƏLƏRİNDƏ
ŞİRLİ KERAMİKANIN ROLU
DOI: https://doi.org/10.36719/2708-065X/114/277-282
Məqalədə IX-XIII əsrlərdə Naxçıvanın iqtisadi mədəni əlaqələrində şirli keramikanın rolundan bəhs olunur. Orta əsrlər dövründə Naxçıvan Azərbaycanın inkişaf etmiş şəhərlərindən birinə çevrilmişdir. Bunu əsas səbəbi isə, şəhərin karvan yolları üzərində yerləşməsi və Şərq -Qərb ölkələri ilə mühüm ticarət əlaqələri saxlamasıdır. Naxçıvandan keçən ticarət yolları həm Avropa ölkələrinə, həm də Mərkəzi Asiyadan keçərək Çinə və Hindistana gedirdi. Naxçıvan sənətkarlarının istehsal etdiyi şirli keramika nümunələri bu yollar vasitəsilə Hindistana qədər aparılırdı. Naxçıvan ərazisindən aşkar olunan şirli keramika nümunələri üzərində istər texnoloji, istərsə də görünüş baxımından aydın şəkildə izlənilər analogiyalar şirli keramikanın iqtisadi mədəni əlaqələrdə oynadığı mühüm roldan xəbər verir.
Açar sözlər: Naxçıvan, iqtisadi mədəni əlaqələr, şirli keramika, ticarət yolları.
