NİHAD İBRAHİMOV
Naxçıvan Dövlət Universiteti
SUVERENLİKDƏN REGİONAL LİDERLİYƏ,
POST-MÜHARİBƏ DÖVRÜNDƏ AZƏRBAYCANIN YÜKSƏLİŞİ
DOI: https://doi.org/10.36719/2708-065X/114/265-271
Məqalədə Azərbaycanın post-müharibə dövründə dövlət suverenliyinin tam bərpası və regional lider dövlət kimi yüksəlişi tarixi-siyasi aspektdən təhlil edilir. Tədqiqatda 2020-ci il Vətən müharibəsi və 2023-cü ilin sentyabr ayında həyata keçirilmiş lokal xarakterli antiterror tədbirlərinin ölkənin siyasi mövqeyinə təsiri araşdırılır. Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa-quruculuq işləri, “Böyük Qayıdış” proqramı, nəqliyyat-kommunikasiya layihələri və Azərbaycanın regional təhlükəsizlik sistemində artan rolu elmi yanaşma ilə şərh olunur. Məqalədə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasi kursun milli suverenliyin möhkəmləndirilməsi və beynəlxalq mövqenin gücləndirilməsinə təsiri qiymətləndirilmişdir. Aparılmış təhlillər göstərir ki, post-müharibə mərhələsində Azərbaycan yalnız ərazi bütövlüyünü təmin etməmiş, həm də Cənubi Qafqazda siyasi və iqtisadi proseslərə təsir edən aparıcı regional gücə çevrilmişdir. Tədqiqatın əsas nəticəsi ondan ibarətdir ki, Azərbaycanın regional liderliyi hərbi qələbə ilə yanaşı, geosiyasi, iqtisadi və strateji üstünlüklər əsasında formalaşmışdır.
Açar sözlər: Azərbaycan, Post-müharibə dövrü, Dövlət suverenliyi, Regional liderlik, Qarabağ siyasəti.
