NİGAR ABBASZADƏ
Bakı Dövlət Universiteti
Azərbaycan tarixi (humanitar fakültələr üzrə) kafedrasının müəllimi,
tarix üzrə fəlsəfə doktoru
AZƏRBAYCAN RESPUBLİKASINDA DÖVLƏT GƏNCLƏR SİYASƏTİNİN
YENİ MƏRHƏLƏSİ (2003-2023-cü illər)
DOI: https://doi.org/10.36719/2708-065X/114/194-199
Gənclər cəmiyyətin sosial həyatında mühüm rol oynayır və gənclər siyasətinin həyata keçirilməsi bu gün hər bir dövlətdə sosial siyasətin əsas sahələrindən biridir. Yeni perspektivlər təqdim etməklə yanaşı, gənclər tez-tez böyüklər üçün əlçatmaz olan birbaşa biliklərə və anlayışlara malikdirlər. Gənclər üzləşdikləri çətinliklər barədə yaxşı məlumatlıdırlar və yeni ideyalar və alternativ həllər təklif edə bilərlər. İlham Əliyevin 2003-cü ildə Azərbaycan Prezidenti seçilməsindən sonra ölkədə gənclər siyasətində yeni bir mərhələ başladı. Azərbaycanda həyata keçirilən dövlət gənclər siyasətinin fərqli xüsusiyyətlərindən biri də gənclər siyasətinin həyata keçirilməsində yalnız dövlət qurumlarının iştirak etməməsi deyil, gənclərin özlərinin də iştirak etməsidir. Hazırda dövlət gənc nəslin sosial müdafiəsi, təhsili və rifahı üzərində fəal şəkildə işləyir, hərtərəfli fəaliyyət planı həyata keçirir. Xüsusilə beynəlxalq təcrübədən istifadə edərək Azərbaycan gənclərinin maraqlarına və ehtiyaclarına diqqət yetirilir.
Açar sözlər: Azərbaycan, İlham Əliyev, gənclər, siyasət, proqram, qanun, forum.
