ELDAR CƏFƏROV
Bakı Dövlət Universitetinin dosenti
ORCID ID: 0000-0001-8563-697X
ELMAR MURADLI
Bakı Dövlət Universitetinin doktorantı
ORCID ID: 0009-0005-5324-0029
MÜASİR SİYASİ TƏBLİĞATIN İNTERNET ALƏTLƏRİ
DOI: https://doi.org/10.36719/2708-065X/114/179-185
Müasir informasiya-kommunikasiya texnologiyalarının sürətli inkişafı siyasi təbliğatın forma və vasitələrində ciddi transformasiyalara səbəb olmuşdur. Rəqəmsal kommunikasiya mühitinin əsas komponentləri olan internet və sosial media siyasi aktorların hədəf auditoriyaya təsir imkanlarını əhəmiyyətli dərəcədə genişləndirmişdir. Tədqiqatda sosial şəbəkələrin kommunikativ xüsusiyyətləri, rəqəmsal mühitdə siyasi təbliğatın transformasiya istiqamətləri, internet texnologiyalarının siyasi idarəetmədə tətbiqi imkanları, eləcə də sosial medianın ictimai-siyasi proseslərə təsiri təhlil edilir. Ərəb Baharı hadisələri nümunəsində sosial medianın kütlələrin səfərbər edilməsində və siyasi mesajların yayılmasında oynadığı rol qiymətləndirilir. Bununla yanaşı, rəqəmsal informasiya mühitində dezinformasiya, manipulyasiya, informasiya çirklənməsi və informasiya təhlükəsizliyi ilə bağlı risklər araşdırılır. Aparılan təhlil göstərir ki, internet əsaslı kommunikasiya vasitələri siyasi təbliğatın effektivliyini artırmaqla yanaşı, siyasi idarəetmə, informasiya təhlükəsizliyi və ictimai rəyin formalaşdırılması baxımından yeni çağırışlar meydana çıxarır.
Açar sözlər: siyasi, təbliğat, kommunikasiya, internet, media, rəqəmsal, kommunikasiya, idarəetmə, informasiya, dezinformasiya, manipulyasiya, rəy.
