TURAN AXUNDOVA

tarix üzrə fəlsəfə doktoru

Bakı Dövlət Universitetinin dosenti

[email protected]

ƏSGƏR MƏMMƏDLİ

Bakı Dövlət Universitetinin magistrantı

[email protected]

 

TÜRKİYƏDƏ MÜDAFİƏ SƏNAYESİNİN İNKİŞAFI

VƏ REGİONAL TƏHLÜKƏSİZLİKDƏ ROLU

 

DOI: https://doi.org/10.36719/2708-065X/114/154-161

 

Bu gün Türkiyə nə Qərblə əlaqələrini kəsib, nə tamamilə Yaxın Şərqə doğru dönüb, nə də Rusi­ya oxuna doğru dəyişib. Türkiyə mərkəzdə, öz geosiyasətində cazibə qüvvəsindədir. Artıq keçmişdə ona həvalə edilmiş rolları oynamır: kommunist blokuna qarşı sərhəd məntəqəsi, Asiya ilə Avropa arasında körpü dövləti və ya bu gün Avropa ilə Yaxın Şərqin münaqişə zonaları arasında təcrid olun­muş dövlət. Türkiyənin beynəlxalq sistemdə yüksələn bir güc kimi effektivliyini artırmaq üçün milli təhlükəsizliyinə və milli maraqlarına uyğun olaraq öz “geosiyasi kodlarını” müəyyən etməlidir. Bu baxımdan, Türkiyənin yaxın geosiyasi bölgəsindəki digər dövlətlərlə, xüsusən də sərhəd qonşuları ilə münasibətləri, əlbəttə ki, böyük əhəmiyyət kəsb edir. Geosiyasi təhlükəsizliyə əsaslanan bu münasibət modeli, Türkiyənin həm regional, həm də beynəlxalq sistem səviyyələrində özü üçün nəzərdə tutduğu rolu oynamasına və milli idealı üçün uyğun bir metod yaratmasına imkan verə bilər. Milli təhlükə­sizliyinə təhdidlərlə mübarizədə və gələcəkdə oynamaq istədiyi rolu əldə etməkdə Türkiyənin milli müdafiə sənayesi böyük əhəmiyyət kəsb edir və son hadisələr dövlətin bu həqiqətdən xəbərdarlığının təzahürüdür.

Açar sözlər: Türk Dövlətləri, Təşkilatı Beynəlxalq Təhlükəsizlik, Regional Təhlükəsizlik, İns­titusionalizasiya, Təhlükəsizlik İcma, Kollektiv Kimlik.



YÜKLƏ [635.8 Kb]
Baxış: 0
© 2023 TARİX VƏ ONUN PROBLEMLƏRİ

“Tarix və onun problemləri” elmi, nəzəri, metodik jurnal 1997-ci ildə Mətbuat və İnformasiya nazirliyinin reyestrinə daxil edilmiş və həmin ildən nəşr edilməsinə başlanılmışdır. İldə 4 sayı nəşr edilir.

AAK tərəfindən Azərbaycan Respublikasında məqalələrin dərc olunması tövsiyə edilən dövri elmi nəşrilər siyahısına daxildir:
Tarix və Antropologiya , Siyasi elmlər


Redaksiyanın ünvanı: Akademik Z.Xəlilov küçəsi, 23
Bakı Dövlət Universiteti, Tarix fakültəsi, 805

Telefon: (012) 539-08-56

E-mail: [email protected]



{sape_links}