İLQAR ABDULLAYEV
Bakı şəhəri, Nərimanov rayonu, MLK-nın
tarix müəllimi, tarix üzrə fəlsəfə doktoru,
əməkdar müəllim
AZƏRBAYCAN SSR-də AĞIR SƏNAYENİN MÜASİR İSTEHSAL
SAHƏLƏRİNİN YARANMASI (1969-1982-ci illərdə)
DOI: https://doi.org/10.36719/2708-065X/114/127-131
Bu məqalədə Respublikamızda 1969-1982-ci illər ərzində o dövrlər üçün çox mütərəqqi sahələr olan elektronika, cihazqayırma, radiotexnika, dəzgahqayırma və s. sahələrdə olan inkişafdan danışılır. Haqqında söz gedən məqalədə adları çəkilən mütərəqqi sahələrin inkişafı üçün Respublika rəhbərliyinin necə müvafiq addımlar atması, bu sahələrin inkişaf etdirilməsindən ötrü hansı müvafiq qərarların qəbul edilməsi də nəzərdən keçirilir. Burada göstərilən sahələrin inkişafı ilə yanaşı bu sahənin inkişafında olan nöqsanlara da toxunulmuşdur.
Açar sözlər: elmi-texniki tərəqqi, müasir istehsal sahələri, kadr, elektrotexnika, cihazqayırma.
