SEVİNC RUİNTƏN
Bakı Dövlət Universitetinin dosenti
TERMİNLƏRLƏ OSMANLI TARİXİ:
“SANCAQ SİSTEMİ”, “QARDAŞ QƏTLİ”, “EKBER VE ERŞED SİSTEMİ”,
“QƏFƏS SİSTEMİ”
DOI: https://doi.org/10.36719/2708-065X/103/17-24
Milli İstiqlal müharibəsinin gedişində Osmanlı sultanlığının ləğvi, Lozanna müqaviləsindən sonra Cümhuriyyətin elan edilməsinin ardınca Türkiyədə həyatın bütün sahələrində olduğu kimi, tarix elmi sahəsində də bir sıra islahatlar, yeniliklər həyata keçirildi. Bu çərçivədə, müsbət hal kimi dəyərləndirə biləcəyimiz bir çox məsələlərlə bərabər, artıq mövcud olmayan sultanlığın tarixinə münasibətdə ögey yanaşmanı da müşahidə etmək mümkündür. Bəşər tarixinin ən uzun ömürlü imperiyalarından biri olmuş Osmanlı tarixinin ayrı-ayrı problemləri ilə bağlı, hətta günümüzdə belə birtərəfli, qərəzli araşdırmaların yazıldığını görməkdəyik. Öz tərəfimizdən belə məsələlərə yeri gəldikcə aydınlıq gətirilməsini lazım bilirik. Bu məqsədlə, hazırki məqalə çərçivəsində, mövcud tarixşünaslıq əsərləri əsas götürülərək, Osmanlıda vərasət sistemi çərçivəsində “sancaq sistemi”, “qardaş qətli”, “ekber və erşed sistemi”, “qəfəs sistemi” anlayışları nəzərdən keçiriləcək, Osmanlıda baş verən bu hadisələrin, yeri gəldikcə, ümumilikdə digər xalqların və dövlətlərin də tarixindən paralellər gətirməklə izah edilməsinə cəhd göstəriləcəkdir.
Açar sözlər: Osmanlıda vərasət sistemi, Sancaq sistemi, Qardaş qətli, Ekber ve Erşed sistemi, Qəfəs sistemi.