NAZİM MƏMMƏDOV
AMEA A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun
“Qarabağ müharibələri tarixi və Böyük qayıdış hərəkatı” şöbəsinin
baş elmi işçisi, tarix elmləri doktoru, professor
ORCID: 0000-0002-3114-1856
Ermənistanın işğalı nəticəsində
Azərbaycan sənayesinə dəymiş zərər
DOI: https://doi.org/10.36719/2708-065X/114/102-109
Məqalədə Ermənistanın Azərbaycan Respublikasına qarşı apardığı hərbi əməliyyatların ağır nəticələri öyrənilmiş, həmçinin Azərbaycanın işğal olunmuş və ona bitişik ərazilərində sənaye müəssisələrinin mənimsənilməsi və dağıdılması faktları çoxsaylı mənbələr əsasında hərtərəfli təhlil edilməklə, bütövlükdə ölkə iqtisadiyyatına vurulmuş zərərin həcmi araşdırılmışdır.
Açar sözlər: Azərbaycan, Qarabağ, Ermənistan, işğal, sənaye müəssisələri, vandalizm, dəymiş zərər.
