RÜFƏT RÜSTƏMOV
Bakı Dövlət Universiteti
Türk filologiyası kafedrasının müdiri, professor
ORXAN SƏMƏDOV
Bakı Dövlət Universiteti
Şərqşünaslıq fakültəsinin tələbəsi
OSMANLI İMPERİYASI: FƏTH EDİLƏN ƏRAZİLƏRDƏ
SOSİAL BƏRABƏRLİK VƏ HUMANİST SİYASƏTİN FORMALAŞMASI PROSESİ
DOI: https://doi.org/10.36719/2708-065X/114/77-83
Bu məqalədə Osmanlı dövlətçilik ənənəsində tolerant baxışın yaranması, tətbiqi və zamanla davamlı bir idarəçilik siyasətinə çevrilməsi araşdırılır. Tarix boyu türk dövlətlərində bəzi hallarda fəth edilən ərazilərin dağıdılması, mənimsənilməsi və köləlik ticarətinin davam etdirilməsi kimi hallar müşahidə olunmuşdur. Osmanlı dövlətinin bu zənciri qırması konkret siyasi hadisələr silsiləsi ilə başlamış və daha sonra müəyyən dövlətçilik ənənələrinə sadiq qalınaraq davam etdirilmişdir. Məqalənin məqsədi bu siyasi hadisələri aşkar etmək, onları tarixi mənbələr əsasında əsaslandırmaq və Osmanlı dövlətçilik ənənəsinə yeni bir baxış təqdim etməkdir.
Açar sözlər: Osmanlı imperiyası, Gelibolu fəthi, tolerant idarəçilik siyasəti, Balkanlar, Osmanlı dövlət idarəçiliyi.
