SAMİR BAXŞƏLİYEV

tarix üzrə fəlsəfə doktoru,

Bakı Dövlət Universitetinin dosenti

ORCİD İD: 0000-0003-4054-2974

[email protected]

 

İLK RƏŞİDİ XƏLİFƏSİ ƏBU BƏKR SİDQ

 

DOI: https://doi.org/10.36719/2708-065X/114/71-76

 

İslam peyğəmbəri öz misiyasını tamamlayaraq dünyasını dəyişdikdən sonra müsəlmanların üzləşdiyi problemlərdən biri Məhəmməd Peyğəmbərin vəfatından sonra dini hökmlərin tətbiqi səla­hiyyətinin kimə və hansı əsaslarla verilməsi məsələsi idi. Əbu Bəkrin xəlifə seçilməsi, hakimiyyətin Peyğəmbər ailəsindən olmayan kənar bir şəxsə verilməsi niyyətinin qalması sonrakı dövrlərdə İslam dünyasında ciddi fikir ayrılıqlarının və məzhəb parçalanmasının yaranmasına səbəb oldu. Əbu Bəkir Sidqin müsəlmanlar arasında ən hörmətlilərindən biri idi və İslama xidmətləri çox idi. Lakin Əli İbn Əbu Talib də müsəlmanlar arasında, ən azı elə, Əbu Bəkrin özü qədər nüfuzlu idi və İslama xidməti Əbu Bəkirdən heç də az deyildi. Əbu Bəkr qətiyyətli və prinsipial mövqe nümayiş etdirərək dövlətin birliyini qorumağı əsas prioritet kimi müəyyən etdi. O, daxili qarşıdurmaların genişlənməsinin qarşısını almaq üçün sərt, lakin məqsədyönlü siyasi addımlar atdı və mərkəzi hakimiyyətin nüfuzunu yenidən gücləndirdi.

Açar sözlər: İslam, Əbu Bəkr, Əli İbn Əbu Talib, xəlifə, Ərəb xilafəti.



YÜKLƏ [543.43 Kb]
Baxış: 2
© 2023 TARİX VƏ ONUN PROBLEMLƏRİ

“Tarix və onun problemləri” elmi, nəzəri, metodik jurnal 1997-ci ildə Mətbuat və İnformasiya nazirliyinin reyestrinə daxil edilmiş və həmin ildən nəşr edilməsinə başlanılmışdır. İldə 4 sayı nəşr edilir.

AAK tərəfindən Azərbaycan Respublikasında məqalələrin dərc olunması tövsiyə edilən dövri elmi nəşrilər siyahısına daxildir:
Tarix və Antropologiya , Siyasi elmlər


Redaksiyanın ünvanı: Akademik Z.Xəlilov küçəsi, 23
Bakı Dövlət Universiteti, Tarix fakültəsi, 805

Telefon: (012) 539-08-56

E-mail: [email protected]



{sape_links}