ELZA PAŞAYEVA
Gəncə Dövlət Universitetini Ümumi tarix kafedrasının dosenti, t.ü.f.d.
XVII –XVIII ƏSRLƏRDƏ KRIM TÜRKLƏRİNİN MƏDƏNİYYƏTİ
DOI: https://doi.org/10.36719/2708-065X/103/25-29
“Avropanın incisi“ adlandırılan Krım yarımadası ayrı-ayrı xalqların və dövlətlərin, fərqli dinlərin təmas nöqtəsi olmuşdur. XVII-XVIII əsrlərdə Krımın düşdüyü ağır iqtisadi-siyasi vəziyyət Krımın etnik mədəniyyətinə xeyli zərbə vurdu. Lakin buna baxmayaraq Krım türkləri öz mədəniyyətlərini inkişaf etdirə bildilər. XVII əsrdə Krımda dəftərxana-kargüzarlıq işləri çox yüksək səviyyədə inkişaf etmişdi. Tərcümə və səfirlik işləri türk və latın dillərində aparılırdı. Krımda onlarla kitabxanalar və kitab evləri fəaliyyət göstərirdi. Krımda ədəbiyyat və memarlıq xeyli inkişaf etmişdi. XVIII əsrdə Krımda xalq məktəbləri fəaliyyət göstərirdi. XVII-XVIII əsrlər Krım mədəniyyəti tarixində islam dininin də özünəməxsus rolu olmuşdur. Məscidlərin tikintisi və onların nəzdində mədrəsələrin fəaliyyəti mühüm yer tuturdu.
Açar sözlər: etnik mədəniyyət, dəftərxana, kargüzarlıq, şəxsi kitabxana, əlyazmalar, xəttat, kitab nəşri, memarlıq, mədrəsə.