KƏMALƏ NƏCƏFOVA

t.ü.f.d., Bakı Dövlət Universitetinin dosenti,

Tarix fakültəsinin elmi işlər üzrə dekan müavini

[email protected]

 

SOVET İŞĞAL REJİMİNİN ANTİMİLLİ SİYASƏTİ VƏ

I TÜRKOLOJİ QURULTAYIN AZƏRBAYCANDA KEÇİRİLMƏSİNƏ DAİR

 

DOI: https://doi.org/10.36719/2708-065X/114/31-38

 

Çağdaş türkologiya elminin prelüdü olan I Türkoloji Qurultay türk ədəbi dili, əlifba və termi­nologiya məsələlərində, həmçinin tarix, ədəbiyyat istiqamətlərində çox önəmli və ibrət dolu bir baş­lanğıc kimi tarixləşmişdir. 1920-ci il 28 aprel çevrilişindən başlayan, 30-cu illərdə isə, daha geniş müstəvidə hücuma keçən sovet işğal rejimi, elə ilk gündən milli müstəqillik düşüncəsi, milli varlıq təfəkkürü, totalitar ideologiyaya qarşı demokratik ideyaların daşıyıcısı olan insanlara qarşı çevril­mişdi. Əlbəttə ki, cəmi 23 ay yaşamasına baxmayaraq milli dövlətçilik tariximizdə xüsusi yeri olan Azərbaycan Xalq Cümhuriyyəti dövründə geniş vüsət alan milli özünüdərk, istiqlal və demokratiya ənənələrini birdən-birə məhv etmək mümkün deyildi. Sovet hökumətinin bu istiqamətdə həyata keçi­rilməsi nəzərdə tutulan çoxməqsədli proqramlarından biri də I Türkoloji Qurultayın keçirilməsi olmuşdur. Qurultay eyni zamanda, adı çəkilən sahələr üzrə 100-dən artıq iştirakçı seçmə alim və mütəfəkkirin həbsi və məhv edilməsi ilə bitən prosesin başlangıcı kimi yaxın tarixin ən böyük ziyalı-alim soyqırımı sənədidir. Elmi məqalədə mənbələr və elmi ədəbiyyatlar əsasında I Türkoloji Qurul­tayın Bakıda keçirilməsini şərtləndirən amillər, qurultaya hazırlıq işləri və əsas nəticələri təhlil olunur.

Açar sözlər: Azərbaycan, maarifçilik hərəkatı, əlifba islahatı, etnik-mədəni dəyərlər, türkoloji qurultay, sovet milli siyasəti.



YÜKLƏ [601.33 Kb]
Baxış: 2
© 2023 TARİX VƏ ONUN PROBLEMLƏRİ

“Tarix və onun problemləri” elmi, nəzəri, metodik jurnal 1997-ci ildə Mətbuat və İnformasiya nazirliyinin reyestrinə daxil edilmiş və həmin ildən nəşr edilməsinə başlanılmışdır. İldə 4 sayı nəşr edilir.

AAK tərəfindən Azərbaycan Respublikasında məqalələrin dərc olunması tövsiyə edilən dövri elmi nəşrilər siyahısına daxildir:
Tarix və Antropologiya , Siyasi elmlər


Redaksiyanın ünvanı: Akademik Z.Xəlilov küçəsi, 23
Bakı Dövlət Universiteti, Tarix fakültəsi, 805

Telefon: (012) 539-08-56

E-mail: [email protected]



{sape_links}