AKİF MARİFLİ
Özbəkistandakı H.Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi,
tarix üzrə fəlsəfə doktoru
TÜRK DÜNYASININ MƏDƏNİ-HUMANİTAR YADDAŞI:
BİRİNCİ BAKI TÜRKОLOJİ QURULTAYI
DOI: https://doi.org/10.36719/2708-065X/114/25-30
Məqalədə 1926-cı ildə Bakıda keçirilmiş Birinci Türkoloji Qurultay yalnız dilçilik və əlifba islahatı hadisəsi kimi deyil, türk xalqlarının ortaq tarixi yaddaşının, mədəni-humanitar yaxınlaşmasının və intellektual əməkdaşlığının mühüm mərhələsi kimi təhlil olunur. Qurultayın meydana gəldiyi tarixi şərait, XIX əsrin sonu – XX əsrin əvvəllərində türk-müsəlman dünyasında maarifçilik, cədidçilik, mətbuat, məktəb və dil islahatları ilə əlaqəsi araşdırılır. Ortaq və ya uyğunlaşdırılmış latın qrafikalı əlifba ideyası texniki yazı məsələsindən daha geniş – kitab, təhsil, mətbuat, elmi ünsiyyət, qarşılıqlı ədəbi təsir və mədəni inteqrasiya problemi kimi şərh edilir. Məqalədə həmçinin 1930-cu illərin repressiyalarının bu humanitar-intellektual şəbəkəyə vurduğu zərbə və Qurultayın müasir türk dünyası üçün tarixi yaddaş mənbəyi kimi əhəmiyyəti qiymətləndirilir. Məqalədə I Türkoloji qurultay həmçinin Azərbaycan Prezidenti İlham Əliyevin türk dünyasının mədəni-humanitar inteqrasiyası siyasəti kontekstində nəzərdən keçirilir.
Açar sözlər: Birinci Türkoloji Qurultay, Bakı, Azərbaycan, mədəni-humanitar əlaqələr, tarixi yaddaş, ortaq türk əlifbası, maarifçilik, türkologiya.
