İSMAYIL HACIYEV
AMEA Naxçıvan Bölməsinin sədri, akademik
Naxçıvan Dövlət Universitetinin professoru
BİRİNCİ TÜRKOLOJİ QURULTAY:
TÜRK XALQLARININ MƏDƏNİ HƏYATINDA BAŞ VERMİŞ
ƏLAMƏTDAR HADİSƏ KİMİ
DOI: https://doi.org/10.36719/2708-065X/114/16-24
Məqalədə 1926-cı ildə Bakıda keçirilmiş I Türkoloji Qurultayın keçirilməsi zərurəti, qurultayın keçirilməsi, tərkibi, müzakirə olunan məsələlər, qəbul edilən qərarlar, bunların tarixi əhəmiyyəti faktik materiallar əsasında araşdırılmışdır. Aydın olur ki, Qurultayın iclaslarında türk xalqlarının tarixi, ədəbiyyatı, dili, əlifbası, etnoqrafiyası, mədəniyyəti müzakirə edilmişdir. Qurultayda latın qrafikalı əlifbaya keçidin elmi-metodik prinsipləri ətraflı şəkildə işlənib hazırlanmışdır. Beləliklə, məlum olur ki, Birinci Türkoloji Qurultay XX yüzillikdə türk xalqlarının, o cümlədən Azərbaycan xalqının mədəni həyatında baş vermiş ən əlamətdar hadisələrdən biri kimi tarixə düşüb. Çünki Bakı Türkoloji Qurultayı yalnız dilçilik hadisəsi olmamış, türk dünyasının elmi və mədəni birliyinin formalaşmasında xüsusi rol oynamışdır.
Açar sözlər: Türkoloji Qurultay, türk xalqları, Bakı, ortaq əlifba, ortaq dil, terminologiya, tarix, mədəniyyət.
