İBRAHİM ZEYNALOV

Bakı Dövlət Universiteti Tarix fakültəsinin dekanı,

tarix elmləri doktoru, professor

ORCID ID: 0000-0002-5503-4801

[email protected]

SEVİNC RUİNTƏN

Bakı Dövlət Universiteti

Türk xalqları tarixi kafedrasının dosenti, tarix üzrə fəlsəfə doktoru

ORCID ID: 0000-0002-8211-1577

[email protected]

 

I TÜRKOLOJİ QURULTAYIN KEÇİRİLDİYİ TARİXİ ŞƏRAİT

 

DOI: https://doi.org/10.36719/2708-065X/114/5-15

 

I Türkoloji Qurultay Türk dünyasında yeniləşmə hərəkatlarının

elmi zəminlə qovuşduğu mühüm mərhələlərdən biri olmuşdur ...

Akademik Şahin Mustafayev [4, s.10].

2026-cı ildə bütünlükdə Türk dünyası çərçivəsində I Türkoloji qurultayın 100-cü ildönümü qeyd edilməkdədir. Türk tarixinin şübhəsiz ən paradoksal hadisələrindən biri olan I Türkoloji qurultay keçi­rildiyi dövrdə bolşeviklərin siyasi məqsədlərinə – sovetləşməyə xidmət etmək üçün nəzərdə tutulmuş olmasına baxmayaraq, eyni zamanda türkologiyanın inkişafı baxımından uzun müddətli elmi nəticələrə də gətirib çıxardı. Elmi-tarixi ədəbiyyatlarda mahiyyəti və əhəmiyyəti ilə bağlı biri digərini təkzib edən kifayət qədər fikirlərin mövcud olması səbəbindən (məsələn, “Qərb imperializminə qarşı mübarizənin bir vasitəsi”; “türkologiyanı “müstəmləkəçi siyasi aləti” olmaqdan çıxararaq sosializm quruculuğuna xidmət edən bir elmə çevirməsi”; “sadəcə elmi qurultay deyil, sovet ideologiyasının beynəlxalq proyek­siyası olması” və s.) hazırki məqalədə məsələ müqayisəli təhlil şəklində nəzərdən keçirilmiş, qurultay sovet ideologiyasının “idarəolunan modernləşmə” siyasəti və türk ziyalılarının intellektual intibah cəhdlərinin kəsişmə nöqtəsi kimi göstərilmişdir. Qeyd edilmişdir ki, qurultay “sadəcə elmi bir toplantı” deyil, daha çox Mərkəzi hökumətin “dünya inqilabı hədəfli ideoloji laboratoriyası” olmuşdur. Məqalə­nin hazırlanması zamanı Türkoloji qurultayın rus və Azərbaycan dillərində nəşr edilmiş stenoqram ma­teriallarından, Beynəlxalq Türk Akademiyası tərəfindən 2026-cı ildə qurultayın yubileyi münasibətilə nəşr edilmiş “100 ilin ardından: Bakı Türkoloji qurultayı” və “Belgeler Işığında 1926 Birinci Bakü Türkoloji Kurultayı” kitablarından, həmçinin mövcud elmi-tarixi ədəbiyyatlardan istifadə edilmişdir. Araşdırma nəticəsində belə qənaətə gəlinmişdir ki, I Türkoloji qurultayı -qarşıya qoyulan məqsəd və hədəfləri, həmçinin sonrakı nəticələri baxımından- müəyyən mənada SSRİ Mərkəzi hökumətinin milli siyasətində “Troya atı” hesab etmək mümkündür. Bütün bu deyilənlər baxımından hazırki məqalənin “sadəcə yubiley məqaləsi” deyil, həm də SSRİ milli siyasətinin arxitekturasını doğru-düzgün anlamaq istəyən araşdırmaçılar üçün bir bələdçi ola biləcəyini hesab edirik.

Açar sözlər: I Türkoloji qurultay, SSRİ Mərkəzi hökumətinin milli siyasəti, “pozitiv diskrimi­nasiya imperiyası”, SSRİ Mərkəzi hökumətinin milli siyasətində “Troya atı”.



YÜKLƏ [906.79 Kb]
Baxış: 1
© 2023 TARİX VƏ ONUN PROBLEMLƏRİ

“Tarix və onun problemləri” elmi, nəzəri, metodik jurnal 1997-ci ildə Mətbuat və İnformasiya nazirliyinin reyestrinə daxil edilmiş və həmin ildən nəşr edilməsinə başlanılmışdır. İldə 4 sayı nəşr edilir.

AAK tərəfindən Azərbaycan Respublikasında məqalələrin dərc olunması tövsiyə edilən dövri elmi nəşrilər siyahısına daxildir:
Tarix və Antropologiya , Siyasi elmlər


Redaksiyanın ünvanı: Akademik Z.Xəlilov küçəsi, 23
Bakı Dövlət Universiteti, Tarix fakültəsi, 805

Telefon: (012) 539-08-56

E-mail: [email protected]



{sape_links}