RƏNA ƏSƏDOVA
tarix üzrə fəlsəfə doktoru, dosent
AMEA Tarix İnstitutu, Azərbaycan Universiteti
ORCID: 0000-0002-0310-6201
BİRİNCİ DÜNYA MÜHARİBƏSİ DÖVRÜNDƏ İRƏVAN QUBERNİYASINDA DEMOQRAFİK DƏYİŞİKLİKLƏR
DOI: https://doi.org/10.36719/2708-065X/103/43-47
XX əsrin əvvəllərində İrəvan quberniyası Rusiya imperiyasının iqtisadi cəhətdən sürətlə inkişaf edən bölgələrindən biri idi. Bu cəhət quberniyadakı əhalinin sayına, etno-demoqrafik proseslərə də güclü təsir göstərmişdi. Birinci dünya müharibəsi dövründə həm əhalinin sayında, həm də etnik tərkibində ciddi dəyişikliklər baş vermişdi. Təqdim edilən məqalədə bu dəyişiklikləri izləmək, onun doğurduğu nəticələri araşdırmaq qarşıya məqsəd qoyulmuşdur.
Açar sözlər: İrəvan quberniyası, əhali, demoqrafik dəyişikliklər, ermənilərin köçürülməsi, azərbaycanlıların sıxışdırılması.