İSMAYIL HACIYEV

AMEA Naxçıvan Bölməsinin sədri, akademik

[email protected]

 

BEHBUD AĞA ŞAHTAXTİNSKİNİN DÖVLƏTÇİLİK

VƏ DİPLOMATİK FƏALİYYƏTİ

 

DOI: https://doi.org/10.36719/2708-065X/103/48-57

 

Məqalədə Behbud ağa Şahtaxtinskinin həyatının ilk illərinə diqqət yetirilmiş, çətin həyat yolu keçmiş, lakin əməksevərliyi və inadlı mübarizəsi nəticəsində adi fəhləlikdən hüquq müdafiəçisinə, peşəkar inqilabçı kimi formalaşmasına yüksəlmişdir. Milli bolşevik kimi fəaliyyət göstərmiş, “Hüm­mət” təşkilatının yaradılmasında və inkişafında fəal iştirak etmişdir. Bolşevik ideyaları uğrunda mü­barizəyə qoşulsa da, ölkənin milli maraqlarını həmişə müdafiə etmiş, bir müddət məsul və şərəfli vəzifələrdə işləmiş, Nəriman Nərimanovun yaxın silahdaşlarından biri olmuşdur. RSFSR-lə bağlanan müqavilənin əsas iştirakçısı olmuş, Türkiyə ilə Rusiya arasında Moskva müqaviləsinin bağlanmasın­da, Naxçıvanın muxtariyyət statusu əldə etməsində, Qars müqaviləsinin işində fəal iştirak etmiş və tarixi xidmətlər göstərmişdir.

Açar sözlər: Nəriman Nərimanov, Behbud ağa Şahtaxtinski, Moskva müqaviləsi, Qars müqa­viləsi, dövlətçilik, diplomatik fəaliyyəti, muxtariyyət.



YÜKLƏ [227.72 Kb]
Baxış: 91
© 2023 TARİX VƏ ONUN PROBLEMLƏRİ

“Tarix və onun problemləri” elmi, nəzəri, metodik jurnal 1997-ci ildə Mətbuat və İnformasiya nazirliyinin reyestrinə daxil edilmiş və həmin ildən nəşr edilməsinə başlanılmışdır. İldə 4 sayı nəşr edilir.

AAK tərəfindən Azərbaycan Respublikasında məqalələrin dərc olunması tövsiyə edilən dövri elmi nəşrilər siyahısına daxildir:
Tarix və Antropologiya , Siyasi elmlər


Redaksiyanın ünvanı: Akademik Z.Xəlilov küçəsi, 23
Bakı Dövlət Universiteti, Tarix fakültəsi, 805

Telefon: (012) 539-08-56

E-mail: [email protected]