SAMİR İSMAYILOV
Bakı Dövlət Universitetinin
Mənbəşünaslıq, tarixşünaslıq və metodika kafedrasının dosenti
BAKI DÖVLƏT UNİVERSİTETİNİN İLK NİZAMNAMƏSİ HAQQINDA
DOI: https://doi.org/10.36719/2708-065X/103/65-69
Məqalədə Azərbaycanın qocaman ali təhsil ocağı olan Bakı Dövlət Universitetinin ilk nizamnaməsindən bəhs olunur. Aparılan araşdırmalar göstərir ki, Bakı Dövlət Universitetinin ilk nizamnaməsi 5 fəsil, 72 maddədən ibarət idi. Nizamnamədən aydın olur ki, Bakı Dövlət Universiteti muxtariyyət hüquqlu elmi-tədris müəssisəsi idi. Universitet Azərbaycan Cümhuriyyətinin Maarif Nazirliyinə tabe idi. Nizamnamədən o da aydın olur ki, Universitet demokratik əsaslarla idarə olunur, heç bir ayrı-seçkilik qoyulmadan hər iki cinsin nümayəndələri tədrisə cəlb olunurdu. Bütün bunlar məqalədə arxiv sənədləri əsasında araşdırılaraq, Bakı Dövlət Universitetində tədris, idarəetmə məsələlərinə işıq salınmışdır.
Açar sözlər: Parlament, müzakirə, fraksiya, Bakı Dövlət Universiteti, ali təhsil müəssisəsi, nizamnamə.