AFƏT GÜLƏLİYEVA
Bakı Dövlət Universiteti “Beynəlxalq münasibətlər” kafedrası
siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent
MÜASİR DÖVRDƏ DÖVLƏTLƏRARASI MÜNASİBƏTLƏRDƏ
ƏRAZİ BÜTÖVLÜYÜ VƏ XALQLARIN ÖZ MÜQƏDDƏRATINI TƏYİN ETMƏSI PRİNSİPİ
DOI: https://doi.org/10.36719/2708-065X/103/90-94
Dövlətlərin ərazi bütövlüyü və xalqların öz müqəddəratını təyin etməsı prinsiplərinin qarşılıqlı əlaqəsi təkcə beynəlxalq hüququn nəzəri problemi deyil, bu problematika həm dövlətlərin, həm də beynəlxalq təşkilatların praktiki fəaliyyəti üçün də çox aktualdır. Bu, son dövrlərdə bütövlükdə dünyada və onun ayrı-ayrı regionlarında ümumi sülhə və beynəlxalq təhlükəsizliyə hədəyə çevrilən münaqişələrin yaranmasının mənbəyi kimi ərazi problemlərinin əhəmiyyətinin artması tendensiyası ilə bağlıdır. Son zamanlar müasir beynəlxalq hüquqda, eləcə də beynəlxalq münasibətlərdə bu iki prinsipin nisbəti və qarşılıqlı əlaqəsinə dair diskussiyaları aktivləşdirən bir sıra hadisələr baş vermişdir. Belə ki, dünyanın müxtəlif regionlarında, o cümlədən postsovet məkanında olan ərazi münaqişələri dağıdıcı nəticələrlə və əhali arasında çoxsaylı qurbanların verilməsi ilə müşahidə olunmuşdur. Bununla yanaşı, tənzimlənməmiş münaqişələr hərdən “söndürülməmiş qalaraq” gələcək üçün daha böyük təhlükəyə çevrilir. Bu baxımdandır ki, qeyd olunan prinsiplər həm beynəlxalq hüququn, həm tarixin həm də beynəlxalq münasibətlərin maraq dairəsindədir.
Məqalədə, beynəlxalq hüququn ərazi bütövlüyü və xalqların üz müqəddəratını təyin etməsi prinsiplərinin yaranmasının tarixi tələbləri, münaqişələrin qarşısının alınması məqsədilə onların yalnız bir-birlərilə qarşılıqlı şərtləndirildiyi halda dövlətlər arası münasibətlərin tənzimlənməsində praktiki tətbiqinin mümkünlüyü araşdırılır.
Açar sözlər: suverenlik, ərazi bütövlüyü, sərhəd toxunulmazlığı, beynəlxalq sistem,öz müqəddəratını təyin etmə, etnik qrup, xalq, konstitusiya.