PƏRVANƏ İBRAHİMOVA

siyasi elmlər üzrə fəlsəfə doktoru,

Bakı Dövlət Universitetinin dosenti

[email protected]

ORCID NO:0000-0002-5598-7266

 

TÜRK DÖVLƏTLƏRİNİN STRATEJİ ƏMƏKDAŞLIĞI ÇƏRÇİVƏSİNDƏ

AZƏRBAYCAN-ÖZBƏKİSTAN MÜNASİBƏTLƏRİ VƏ İKİNCİ QARABAĞ MÜHARİBƏSİNİN ÖZBƏKİSTAN MEDİASINDA ƏKSİ

 

DOI: https://doi.org/10.36719/2708-065X/103/105-111

 

Məqalədə Azərbaycan və Özbəkistan arasındakı tarixi və diplomatik əlaqələr, onun yeni döv­rün reallıqlarına uyğun olaraq inkişafi istiqamətlərinə nəzər salınmış, Özbəkistan mediasının İkinci Qarabağ müharibəsinə yanaşması müxtəlif aspektlərdən ətraflı şəkildə təhlil edilmişdir. İkinci Qara­bağ müharibəsi türk dövlətləri arasında münasibətlərin möhkəmləndirilməsi, regional əməkdaşlığın əhəmiyyətinin artırılması istiqamətində mühüm hadisələrdən biri olmuşdur. Azərbaycanın işğal edil­miş torpaqlarını azad etmək uğrundakı mübarizəsində türk dövlətlərinin göstərdikləri siyasi, diploma­tik və mənəvi dəstək bu prosesdə mühüm rol oynamışdır. İkinci Qarabağ müharibəsi türk dövlətləri arasında strateji əməkdaşlıq çərçivəsində regional sabitliyin və təhlükəsizliyin təmin edilməsi üçün birgə səylərin zəruriliyini bir daha nümayiş etdirmişdir. Araşdırmada Özbəkistan mediasının İkinci Qarabağ müharibəsi ilə bağlı məsələlərə göstərdiyi münasibət, prosesə yanaşma tərzi və perspektivlər müəyyən edilərək təqdim edilmiş, müharibənin başladığı ilk gündən etibarən mövzu ilə bağlı cəmiyyətə ötürdüyü məlumatlar təhlil edilərək ümumiləşdirilmişdir.

Açar sözlər: Azərbaycan-Özbəkistan, strateji əməkdaşlıq, İkinci Qarabağ müharibəsi, Özbəkis­tan mediası.



YÜKLƏ [225.53 Kb]
Baxış: 112
© 2023 TARİX VƏ ONUN PROBLEMLƏRİ

“Tarix və onun problemləri” elmi, nəzəri, metodik jurnal 1997-ci ildə Mətbuat və İnformasiya nazirliyinin reyestrinə daxil edilmiş və həmin ildən nəşr edilməsinə başlanılmışdır. İldə 4 sayı nəşr edilir.

AAK tərəfindən Azərbaycan Respublikasında məqalələrin dərc olunması tövsiyə edilən dövri elmi nəşrilər siyahısına daxildir:
Tarix və Antropologiya , Siyasi elmlər


Redaksiyanın ünvanı: Akademik Z.Xəlilov küçəsi, 23
Bakı Dövlət Universiteti, Tarix fakültəsi, 805

Telefon: (012) 539-08-56

E-mail: [email protected]