CƏFƏR XANƏLİYEV
Azərbaycan Dövlət Pedaqoji Universitetinin
“Azərbaycan tarixi” kafedrasının baş müəllimi.
Bakı Dövlət Universiteti, Tarix fakültəsi, “Azərbaycan tarixi
(humanitar fakültələr üzrə)” kafedrasının dissertantı.
AZƏRBAYCAN SSR-DƏ SOVET MİLLİ SİYASƏTİ ƏTRAFINDA İXTİLAFLAR
VƏ MİLLİ MÜNASİBƏTLƏRİN KƏSKİNLƏŞMƏSİ
(1920-ci illərin ilk yarısı)
DOI: https://doi.org/10.36719/2708-065X/103/112-118
Məqalədə əsasən XX əsrin 20-ci illərinin birinci yarısında Azərbaycan Sovet Sosialist Respublikasında sosializm quruculuğu prosesində rəhbər dairələrdə sovet milli siyasəti və milli məsələlər ətrafında baş vermiş ixtilaflar öyrənilmişdir. Aparılmış tədqiqatda arxiv mənbələrinə və elmi ədəbiyyatlara edilən istinadlar əsasında aprel (1920-ci il) işğalından sonra Azərbaycanda həyata keçirilməsinə başlanan sovet milli siyasətinə dair yaranmış ziddiyyətlər dərindən araşdırılmış, mövcud ixtilaflara səbəb olan əsas amillər göstərilmiş, sovet milli siyasətinin əsl mahiyyəti açıqlanmışdır. Həmçinin, Azərbaycan SSR rəhbərliyində vətənpərvər azərbaycanlı kommunistlərlə qeyri-millətlərdən olan kadrlar arasında milli məsələlərə dair mövcud ixtilafların, sovet milli siyasəti ətrafında gedən mübarizənin ölkəmizdə milli münasibətlərə təsiri, milli münasibətlərin gərginləşməsinə, siyasi qarşıdurmaya yol açması halları da araşdırılmışdır.
Açar sözlər: Azərbaycan SSR, milli məsələ, ixtilaflar, sovet milli siyasəti, milli münasibətlər.