FATMA BETÜL AYDEMİR BAŞ
Bakı Dövlət Üniversiteti,
Türk xalqları tarixi kafedrasının doktorantı
SSRİ-DƏ “SİNATRA DOKTRİNASI” DÖVRÜNDƏ QAZAXISTANDAKI VƏZİYYƏTİN AZƏRBAYCAN MƏTBUATINDA ƏKSİ (“KOMMUNİST” VƏ “XALQ QƏZETİ” NÜMUNƏSİNDƏ)
DOI: https://doi.org/10.36719/2708-065X/103/124-130
Elmi-siyasi ədəbiyyatlarda “Üçüncü dünya müharibəsi” adlandırılan informasiya mübarizəsi dövründə yaşamağımız, informasiya ötürücüləri arasında ən mühümü hesab edilən mətbuatla bağlı araşdırmaları günümüzün ən aktaul mövzularından birinə çevirmişdir. Bu baxımdan, hazırki məqalədə mətbuatın cəmiyyət yeri və rolu məsələsinin tarixi aspektdə, Azərbaycan SSR mətbuatı nümünəsində, araşdırılmasına cəhd ediləcəkdir. Xronoloji çərçivə olaraq, 1985-1991-ci illər -başqa sözlə, SSRİ-də Sinatra doktrinası” dövrü- seçilmişdir. SSRİ-nin son lideri Qorbaçov, eyni zamanda SSRİ-nin ilk və son prezidenti olmuşdur. Onun dövrü SSRİ-də islahatlar dövrü kimi tanınmaqdadır: ilk olaraq, aşkarlıq və sürətləndirmə, 1987-ci ildən isə yenidənqurma islahatları, ardınca mətbuat sahəsində bir sıra islahatlar həyata keçirildi. Ancaq bu islahatlar gözlənilən nəticəni vermədi, əksinə, SSRİ-nin hər tərəfində problemlər çoxaldı. Bu dövrdə Mərkəzi Asiya respublikalarında, o cümlədən, Qazaxıstanda, da dəyişikliklər baş verməkdə idi. Qazaxıstan SSRİ-nin özünəməxsus çəkisi ilə seçilən resublikalarından biri olmuşdur və bu baxımdan, siyasi sistemdə mühüm islahatların həyata keçirildiyi dövrdə Azərbaycan SSR mətbuatında onunla bağlı verilən xəbərlər də digər respublikalarla müqayisədə daha çox olmuşdur. Bu xəbərlər daha çox Azərbaycan SSR-in rəsmi mətbuat orqanı olan Kommunist (daha sonra Xalq qəzeti) qəzetində işıqlandırılırdı. Hazırki məqalədə bu xəbərlərin necə işıqlandırıldığı məsələsi araşdırılır.
Açar sözlər: M.S.Qorbaçov, “Sinatra doktrinası” dövrü, Qazaxıstan SSR, Kommunist qəzeti, Xalq qəzeti.