SEVİNC ABBASOVA
Bakı Dövlət Universitetinin doktorantı
1918-1920-Cİ İLLƏR HADİSƏLƏRİNİN
QUBA BÖLGƏSİNİN ƏRAZİ VƏ ƏHALİ COĞRAFİYASINA TƏSİRİ
Məqalədə 1918-1920-ci illərdə Quba bölgəsində siyasi vəziyyət təhlil olunur. AXC-nin qurulması ərəfəsində baş verən siyasi hadisələrin Quba bölgəsinə təsiri haqqında da məlumat verilmişdir. 1918-ci ildə erməni-bolşevik qüvvələrinin Quba ərazisində törətdiyi soyqırımı da burada öz əksini tapmışdır. AXC dövründə bu bölgədə siyasi vəziyyətə diqqət yetirilmişdir. Denikinə qarşı mübarizə, Dağlılar Respublikası ilə ərazi mübahisələri, həmçinin, milli idarəçiliyin burada təsis edilməsi qeyd edilmişdir. AXC-nin bolşevik işğalından sonra süqutu, bolşevik hökumətinin qurulması və ona qarşı Quba bölgəsində olan mübarizədən də bəhs edilmişdir.
Açar sözlər: Quba, Azərbaycan Xalq Cümhuriyyəti, bolşeviklər, ermənilər, soyqırım, siyasi vəziyyət.