ƏMİNƏ İMANZADƏ
Azərbaycan Dillər Universiteti,
Regionşünaslıq kafedrasının laborantı
CƏNUBİ AMERİKANIN MİSTİK GEOQLİFLƏRİ – NASKA CİZGİLƏRİ
DOI: https://doi.org/10.36719/2708-065X/103/180-184
Dünya kəşf olunmağı gözləyən sirlərlə doludur. Elmin inkişafı bu sirrlərin bir çoxunun məntiqli izahını əldə etməyə imkan verir. Belə sirli və maraqlı yerlərdən biri də Naska cizgiləridir. Cənubi Amerikanın qədim xalqı Naskalılar təxminən e.ə. 500 – b.e. 500-ci illəri arasında Perunun Naska pampası adlandırılan hissəsində yaşamış və öz mədəniyyətlərini inkişaf etdirmişlər [5]. Bu qədim xalqın geniş səhranı təbaşir lövhəsi kimi istifadə etməsi nəticəsində məşhur Naska cizgiləri ortaya çıxmış və müasir dünyanın ən maraqlı etnoturistik məkanlarından birinə çevrilmişdir. Geniş səhrada təqribən 2000 illik tarixə malik olan şəkillər, müxtəlif düz cizgilər, fiqurlar XX əsrin əvvəllərində aşkar olunmuş və o dövrdən etibarən dəfələrlə tədqiq edilmişdir. Kəşfindən bu yana cizgilərin tarixi, yaradılma forması haqqında bir çox nəzəriyyələr ortaya çıxmışdır. Müasir dövrümüzdə də cizgilər hələ də aşkar olunmaqda və onların yaranma məqsədləri tədqiq olunmaqdadır.
Açar sözlər: Peru, Naska, cizgilər, səhra, geoqlif.