AYDIN MƏMMƏDOV
BDU-nun Mənbəşünaslıq, tarixşünaslıq və
metodika kafedrasının dosenti, tarix üzrə fəlsəfə doktoru
aydin.mmmdov.67@ mail.ru
XX ƏSRİN İKİNCİ YARISI – XXI ƏSRİN ƏVVƏLLƏRİ RUSİYA TARİXŞÜNASLIĞINDA ƏHALİNİN TƏBİİ ARTIM TEMPİNİN AZALMASI İLƏ BAĞLI TARİXİ DEMOQRAFİYANIN AKTUAL PROBLEMLƏRİ
DOI: https://doi.org/10.36719/2708-065X/103/185-192
Ailə cəmiyyətin əsas nüvəsi, ən mühüm, vacib sosial institutudur. Təsadüfi deyildir ki, əhalinin təbii artım dinamikasının əsas komponentini məhz hər bir ailədə uşaqların dünyaya gəlişi təşkil edir. Elə əhalinin çoxalma rejiminin xarakterini də əsasən doğumun hansı səviyyədə olması və hər bir xalqa məxsus milli-mənəvi dəyərləri, o cümlədən tarixi adət-ənənələri müəyyən edir. Digər tərəfdən, cəmiyyətdə əhalinin təbii artımının hansı səviyyədə təmin olunması, uşaqların tərbiyəsi, heç bir psixoloji zədə almadan sağlam mühitdə böyüməsi, cəmiyyətə uğurla inteqrasiya olunması səviyyəsi, o cümlədən həyatın ümumi rifahı bilavasitə ailə münasibətlərinin, nikah bağlarının möhkəmliyindən asılıdır. Təəssüf ki, XX əsrin ikinci yarısından başlayaraq, ailənin təməl prinsiplərinə xələl gətirən boşanmaların sayının xeyli dərəcədə artması, son vaxtlar isə geniş vüsət alması, ailədaxili əlaqələrin nəzərəçarpacaq dərəcədə zəifləməsi əhalinin təbii artımının təmin olunması məsələsində ciddi problemlərin meydana gəlməsinə səbəb olmuşdur.
Açar sözlər: ailə, əhali artımı, depopulyasiya, tarixi demoqrafiya, Rusiya tarixşünaslığı.