BALAMİRZƏ MƏMMƏDLİ

Bakı Dövlət Universitetinin doktorantı

[email protected]

 

VƏTƏN TARİXŞÜNASLIĞINDA

AZƏRBAYCAN-ABŞ MÜNASİBƏTLƏRİ (1993-1997-Cİ İLLƏR):

ANLAŞILMAZ MÜNASİBƏTLƏRDƏN – STRATEJİ TƏRƏFDAŞLIĞA DOĞRU

 

DOI: https://doi.org/10.36719/2708-065X/103/193-202

 

XX əsrin sonlarında öz müstəqilliyini yenicə bərpa etmiş Azərbaycanın dünyanın yeganə föv­qəldövləti və nəhəng güc mərkəzi ABŞ ilə münasibətləri ümummilli lider Heydər Əliyevin siyasi haki­miyyətə böyük qayıdışından sonra yeni və son dərəcə mühüm bir mərhələyə qədəm qoymuşdur. Bu mühüm tarixi hadisədən sonra nəinki ABŞ ilə münasibətlərdə, bütövlükdə müstəqil Azərbaycan Res­publikasının xarici siyasətində böyük dönüş baş vermişdir. Əgər Heydər Əliyevin siyasi hakimiyyətə gəldiyi 1993-cü ildə Azərbaycan-ABŞ münasibətləri daha çox anlaşılmaz xarakter kəsb edirdisə, həmin ildən sonra ikitərəfli əlaqələr tədricən müsbət tendensiyada inkişaf etdirilməyə başlanılmış və cəmi 4 il ərzində iki ölkə arasında münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə qədər yüksəlmişdir. Vətən tarixşünaslığında Azərbaycan-ABŞ münasibətlərinin bəhs olunan periodu (1993-1997-ci illər) müxtəlif tədqiqatçıların əsərlərində son dərəcə geniş şəkildə öz əksini tapmışdır. Məqalədə Vətən tarixşünaslığındakı sözügedən problem üzrə tədqiqat əsərlərinin müqayisəli təhlili əsasında Azərbay­can-ABŞ münasibətlərinin dörd ili tədqiq edilir.

Açar sözlər: Azərbaycan Respublikası, ABŞ, Heydər Əliyev, xarici siyasət, Vətən tarixşünas­lığı.



YÜKLƏ [285.13 Kb]
Baxış: 230
© 2023 TARİX VƏ ONUN PROBLEMLƏRİ

“Tarix və onun problemləri” elmi, nəzəri, metodik jurnal 1997-ci ildə Mətbuat və İnformasiya nazirliyinin reyestrinə daxil edilmiş və həmin ildən nəşr edilməsinə başlanılmışdır. İldə 4 sayı nəşr edilir.

AAK tərəfindən Azərbaycan Respublikasında məqalələrin dərc olunması tövsiyə edilən dövri elmi nəşrilər siyahısına daxildir:
Tarix və Antropologiya , Siyasi elmlər


Redaksiyanın ünvanı: Akademik Z.Xəlilov küçəsi, 23
Bakı Dövlət Universiteti, Tarix fakültəsi, 805

Telefon: (012) 539-08-56

E-mail: [email protected]