AFİQ NADİROV

Azərbaycan Universitetinin doktorantı

[email protected]


ƏHMƏD BƏY AĞAOĞLUNUN AZƏRBAYCAN TARİXŞÜNASLIĞINDA YERİ

DOI: https://doi.org/10.36719/2708-065X/103/203-207


XIX əsrin sonu – XX əsrin əvvəlləri Azərbaycan tarixinin öyrənilməsi vacib dövlərindəndir. Azərbaycanın Çar Rusiyasının tərkibində olması, Cümhuriyyət dövlətinin yaradılması, SSRİ-nin tər­kibinə daxil olması, habelə Qafqazda milli və dini kimlik məsələsi, millətlərarası ədavət, erməni-müsəlman məsələsi, soyqırımı aktları və s. kimi məsələlər dövrün ən əhəmiyyət kəsb edən hadisələ­rindəndir. Bu dövrü öyrənməyin başlıca yolu mənbələrin müəyyən edilməsi və düzgün öyrənilmə­sidir. Dövrün ən aktual mənbələri dövri-mətbuat və ziyalıların yazdığı əsərlərdən ibarətdir. Tədqi­qat obyektinin Əhməd bəy Ağaoğlu timsalında qoyulması ona geniş imkan yaradır ki, bu dahi şəx­sin həyatı, fəaliyyəti və yaradıcılığı qeyd edilən məsələlərin əksəriyyətinə işıq tutmağa imkan verir. Bu baxımdan, xüsusən XX əsrin əvvəlləri tarixinin Ə.Ağaoğlu timsalında öyrənilməsi Azərbaycan tarixşünaslığına yeni töhfələr verəcəkdir.

Açar sözlər: Ə.Ağaoğlu, Azərbaycan tarixşünaslığı, tarixi şəxsiyyət.



YÜKLƏ [198.2 Kb]
Baxış: 128
© 2023 TARİX VƏ ONUN PROBLEMLƏRİ

“Tarix və onun problemləri” elmi, nəzəri, metodik jurnal 1997-ci ildə Mətbuat və İnformasiya nazirliyinin reyestrinə daxil edilmiş və həmin ildən nəşr edilməsinə başlanılmışdır. İldə 4 sayı nəşr edilir.

AAK tərəfindən Azərbaycan Respublikasında məqalələrin dərc olunması tövsiyə edilən dövri elmi nəşrilər siyahısına daxildir:
Tarix və Antropologiya , Siyasi elmlər


Redaksiyanın ünvanı: Akademik Z.Xəlilov küçəsi, 23
Bakı Dövlət Universiteti, Tarix fakültəsi, 805

Telefon: (012) 539-08-56

E-mail: [email protected]