BALAMİRZƏ MƏMMƏDLİ

Bakı Dövlət Universitetinin doktorantı

[email protected]

 

AZƏRBAYCAN RESPUBLİKASI VƏ ABŞ ARASINDA

İLK SİYASİ-DİPLOMATİK MÜNASİBƏTLƏRİN QURULMASI

VƏTƏN TARİXŞÜNASLIĞINDA

 

Sovet İttifaqının süqutundan sonra dünyanın yeganə supergücünə çevrilmiş ABŞ ilə öz dövlət müstəqilliyini yenicə bərpa etmiş Azərbaycan Respublikası arasında siyasi-diplomatik münasibətlər Azərbaycanın müstəqil xarici siyasət kursunun elə ilk vaxtlarından etibarən olduqca böyük əhəmiyyət kəsb etmişdir və etməkdədir. ABŞ da öz növbəsində nəinki Cənubi Qafqazda, eləcə də bütün dünyada ən mühüm geostrateji möqveyə malik dövlətlərdən biri olan, müstəqilliyini yenicə bərpa etmiş Azər­baycanla ilk anlardan diplomatik münasibətlər qurmaq marağında olmuş və bunun nəticəsidir ki, 1991-ci ilin sonlarında Birləşmiş Ştatlar hökuməti müstəqil Azərbaycan Respublikasını rəsmi olaraq tanımışdır. Bunun ardınca, Azərbaycan ilə ABŞ arasında ilkin siyasi-diplomatik münasibətlərin qu­rulması sahəsində ilk əməli addımlar atılmışdır. Bütün bu məsələlər Vətən tarixşünaslığında bir çox tədqiqatçıların (M.Qasımlı, Ə.Həsənov, E.Nəsirov, F.İsmayılov, İ.Musa və d.) araşdırmalarında geniş şəkildə öz əksini tapmışdır. Məqalədə həmin tədqiqat əsərlərinin, tarixşünaslıq materiallarının müqayisəli təhlili aparılmış və bunun əsasında Azərbaycan və ABŞ arasında ilk siyasi-diplomatik münasibətlərin qurulması tədqiq olunmuşdur.

Açar sözlər: Azərbaycan Respublikası, ABŞ, müstəqilliyin bərpası, xarici siyasət, ilkin dip­lomatik münasibətlər, tarixşünaslıq.



YÜKLƏ [687.36 Kb]
Baxış: 188
© 2023 TARİX VƏ ONUN PROBLEMLƏRİ

“Tarix və onun problemləri” elmi, nəzəri, metodik jurnal 1997-ci ildə Mətbuat və İnformasiya nazirliyinin reyestrinə daxil edilmiş və həmin ildən nəşr edilməsinə başlanılmışdır. İldə 4 sayı nəşr edilir.

AAK tərəfindən Azərbaycan Respublikasında məqalələrin dərc olunması tövsiyə edilən dövri elmi nəşrilər siyahısına daxildir:
Tarix və Antropologiya , Siyasi elmlər


Redaksiyanın ünvanı: Akademik Z.Xəlilov küçəsi, 23
Bakı Dövlət Universiteti, Tarix fakültəsi, 805

Telefon: (012) 539-08-56

E-mail: [email protected]