ELMƏDDİN BEHBUD
Bakı Dövlət Universiteti
“Redaksiya-nəşriyyat işi” kafedrasının dissertantı
“1920-Cİ İLƏDƏK ALİ MƏKTƏBLƏRDƏ OXUMUŞ AZƏRBAYCANLILAR”
ADLI (8 CİLDLİK) ENSİKLOPEDİK SORAQ KİTABININ NƏŞRİ XÜSUSİYYƏTLƏRİ
DOI: https://doi.org/10.36719/2708-065X/103/216-220
Məqalədə 2018-ci ildən “Təhsil” nəşriyyatında çap edilməyə başlayan müəllifləri Misir Mərdanov və Ədalət Tahirzadə olan “1920-ci ilədək ali məktəblərdə oxumuş azərbaycanlılar” (ensiklopedik soraq kitabı) adlı (8 cildlik) fundamental, iri həcmli, çoxcildli ensiklopediyanın nəşri xüsusiyyətlərindən bəhs olunur. Həmçinin, məqalədə ensiklopediyanın hazırlanması səbəblərindən, nəşrin bu sahədə ilk fundamental əsər olmasından, müəlliflərin ölkəmizdə və müxtəlif xarici dövlətlərdə apardıqları gərgin axtarışlardan və maraqlı tədqiqatlarından danışılır. Müəllif bu məqalədə 1920-ci ilə qədər müxtəlif dövlətlərin ali məktəblərində təhsil almış azərbaycanlılar haqqında əldə edilmiş informasiyaların ensiklopediyada soraq-məlumat ədəbiyyatının nəşr aparatına uyğun sistemləşdirilməsi, kitabın quruluşu, bədii və poliqrafik tərtibatı barədə dolğun və əhatəli şəkildə məlumat verməyə çalışıb. Məqalədə ensiklopdik nəşrin elmi əhəmiyyəti yüksək dəyərləndirilib və onun müvafiq istiqamət üzrə gələcək tədqiqatlar üçün əsas mənbə rolu olacağı xüsusi qeyd edilib.
Açar sözlər: ensiklopediya, təhsil, azərbaycanlı, universitet, nəşr, çap, redaktor, naşir, soraq-məlumat nəşrləri.