ELMƏDDİN BEHBUD

Bakı Dövlət Universiteti

Redaksiya-nəşriyyat işi kafedrasının dissertantı

[email protected]

 

 “XOCAVƏND” ENSİKLOPEDİYASININ NƏŞRƏ HAZIRLANMASI

VƏ REDAKTƏ XÜSUSİYYƏTLƏRİ

 

DOI: https://doi.org/10.36719/2708-065X/104/204-209

 

Məqalədə "Xocavənd ensiklopediyası"nın tərtibat xüsusiyyətləri ətraflı təhlil edilib. Əvvəlcə müəllif kitabın əhəmiyyətindən, onun nəşr və sahələr üzrə inkişafından bəhs edib. Müəllif öz tədqiqa­tında kitab tipləri içərisində xüsusi yer tutan soraq ədəbiyyatını əsas obyekt kimi saxlayıb. Məqalədə müəllif görkəmli kitabşünas alim, professor Bayram Allahverdiyevin soraq-məlumat ədəbiyyatı üçün təqdim etdiyi bölgünü düzgün hesab edir: “Ümumi, yaxud universal; sahə, yaxud xüsusi ensiklopedi­yalar; ensiklopedik lüğətlər; linqvistik və terminoloji lüğətlər; ümumi soraq kitabları (siyasi, iqtisadi, coğrafi, statistik və s.); mövzu-soraq kitabları; müxtəlif xarakterli soraq-informasiya ədəbiyyatı: ədə­biyyat göstəriciləri, izahlı biblioqrafik toplular və s.”.

Müəllif məqalədə XX əsrin 90-cı illərində ölkəmizdə çap edilən sahəvi ensiklopediyaların nəşri vəziyyətini dəyərləndirərək bildirib ki, sahə ensiklopediyalarının nəşri ilə bağlı xeyli inkişaf müşahidə edilir. Bu fikrə sübut olaraq həmin dövrdə çap olunmuş xeyli sayda ensiklopediyalar nümunə kimi çəkilib.

Müəllif "Xocavənd ensiklopediyası"nı geniş təhlil etdikdən sonra belə nəticəyə gəlir ki, ensiklo­pediya müvafiq mövzu üzrə faktlarla zəngin olan ilk tədqiqat əsəridir. "Xocavənd ensiklopediyasında xeyli sayda fotoşəkil və cədvəl də əksini tapıb. Müəllif həmçinin, "Xocavənd ensiklopediyası"nın quru­luşunu təhlil edir və redaktə xüsusiyyətləri ilə də bağlı fikirlərini bildirib. Həmçinin, nəticədə ensiklo­pediyanın tirajının az olmasını tənqid edir və bu cür əhəmiyyətli ensiklopediyaların yüksək tirajla nəşr edilməsi ilə bağlı təklif irəli sürüb.

Yekun nəticədə redaktorun gözündən yayınan nöqsanların aradan qaldırılması və bu nəşrlərlə­rin daha peşəkar səviyyədə hazırlanması üçün ensiklopediya kimi mühüm kitabların nəşrinin sahə üzrə ixtisaslaşmış nəşriyyatalara həvalə edilməsinin vacibliyini xüsusi vurğulayıb. Eyni zamanda məqalədə 44 günlük ikinci Qarabağ müharibəsində Xocavənd rayonu ərazisinin xeyli hissəsinin düşmən tap­dağından azad edilməsinə də münasibət bildirir və qeyd edir ki, bu hadisələr bizim şanlı tariximizdir. Zəfər qazanaraq torpaqlarımızı erməni işğalından azad etməyimiz yeni ensiklopediyaların yaranma­sına obyektiv zəmin yaradır. "Xocavənd ensiklopediyası"nın gələcəkdə təkmilləşdirilərək yenidən çap edilməsi sahəvi nəşriyyatların qarşısında dayanan məsələlərdən biri olmalıdır. Bu məqsədlə daha peşəkar və daha yüksək təhsilli işçi komandası yaradılmalı, Qarabağ və Şərqi Zəngəzurun işğaldan azad olunmuş əraziləri haqqında yeni ensiklopediyalar hazırlanmalıdır.

Açar sözlər: ensiklopediya, nəşr, fakt materialları, kitab tipi, soraq-məlumat ədəbiyyatı, nəşr növü, Xocavənd ensiklopediyası, redaktə.



YÜKLƏ [229.69 Kb]
Baxış: 67
© 2023 TARİX VƏ ONUN PROBLEMLƏRİ

“Tarix və onun problemləri” elmi, nəzəri, metodik jurnal 1997-ci ildə Mətbuat və İnformasiya nazirliyinin reyestrinə daxil edilmiş və həmin ildən nəşr edilməsinə başlanılmışdır. İldə 4 sayı nəşr edilir.

AAK tərəfindən Azərbaycan Respublikasında məqalələrin dərc olunması tövsiyə edilən dövri elmi nəşrilər siyahısına daxildir:
Tarix və Antropologiya , Siyasi elmlər


Redaksiyanın ünvanı: Akademik Z.Xəlilov küçəsi, 23
Bakı Dövlət Universiteti, Tarix fakültəsi, 805

Telefon: (012) 539-08-56

E-mail: [email protected]