XANIM ƏLİYEVA
Ağdam Dövlət Peşə Təhsil Mərkəzi PHŞ-nin direktoru,
Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının
"Dövlət və Bələdiyyə idarəetməsi "ixtisasının magistr pilləsi üzrə məzunu
İNFRASTRUKTUR LAYİHƏLƏRİNİN REGİONAL İNKİŞAFIN SÜRƏTLƏNDİRİLMƏSİNƏ TƏSİRİ MƏSƏLƏLƏRİ
DOI: https://doi.org/10.36719/2708-065X/113/226-233
Bu məqalədə infrastruktur layihələrinin regional inkişafın sürətləndirilməsinə təsirini kompleks və sistemli şəkildə təhlili araşdırılmışdır. Tədqiqat göstərir ki, infrastruktur yalnız fiziki obyektlərdən ibarət deyil, həm də iqtisadi, sosial və texnoloji prosesləri birləşdirən mühüm sistemdir. Nəqliyyat, enerji, rəqəmsal və sosial infrastruktur komponentlərinin paralel inkişafı regionlararası bərabərsizliyin azaldılmasına və balanslı iqtisadi artımın təmin olunmasına imkan yaradır. Məqalədə infrastrukturun effektivliyinin onun keyfiyyəti, idarə olunması və davamlılıq prinsiplərinə uyğunluğu ilə sıx bağlı olduğu vurğulanır.
Açar sözlər: Regional inkişaf, iqtisadi inkişaf, infrastruktur layihələri, müasir tendensiyalar.
