MÜŞVİQ MEHBALIYEV
Azərbaycan Turizm və Menecment Universitetinin
Sosial menecment fakültəsinin Humanitar və sosial elmlər kafedrasının doktorantı
DÖVLƏT İDARƏÇİLİYİNDƏ KADR POTENSİALININ FORMALAŞMASINDA
KADR TEXNOLOGİYALARININ ROLU
DOI: https://doi.org/10.36719/2708-065X/113/221-225
Dövlət idarəçiliyində insan resursları sisteminin modernləşdirilməsi son illərdə strateji idarəetmə islahatlarının əsas istiqamətlərindən birinə çevrilmişdir. Kadr potensialının formalaşdırılması prosesində innovativ kadr texnologiyalarının tətbiqi idarəetmə fəaliyyətinin effektivliyinin yüksəldilməsinə bilavasitə təsir göstərir. Məqalədə kadr texnologiyalarının mahiyyəti, dövlət idarəçiliyində onların tətbiq mexanizmləri və idarəetmə sisteminin keyfiyyətinə göstərdiyi təsirlər elmi əsaslarla təhlil edilir. Tədqiqatın nəticələri göstərir ki, rəqəmsal texnologiyalara əsaslanan kadr idarəçiliyi modeli dövlət qulluğunda şəffaflığı artırır, qərarların qəbulunu məlumatlaşdırır və xidmət keyfiyyətinin yüksəldilməsinə şərait yaradır.
Açar sözlər: Dövlət idarəçiliyi, kadr potensialı, kadr texnologiyaları, insan resursları, rəqəmsallaşma, kompetensiya modeli.
