KƏMALƏ RUİNTƏN

Siyasi elmlər üzrə fəlsəfə doktoru,

Bakı Slavyan Universitetinin dosenti

https://orcid.org/0009-0006-1888-5240

[email protected]

 

DİPLOMATİYANIN ONTOLOJİ MAHİYYƏTİ: REALİST, LİBERAL VƏ KONSTRUKTİVİST YANAŞMALARIN MÜQAYİSƏLİ TƏHLİLİ

 

DOI: https://doi.org/10.36719/2708-065X/114/139-147

 

Məqalədə realizm, liberalizm və konstruktivizm nəzəriyyələrinin diplomatiyanın ontoloji ma­hiyyətinə dair yanaşmaları müqayisəli təhlil edilir. Hər üç məktəb beynəlxalq sistemin anarxik struk­turunu qəbul etsə də, bu vəziyyətin doğurduğu nəticələri fərqli qiymətləndirir. Anarxiyanı dəyişməz hesab edən realizm diplomatiyanı milli maraqların qorunması və güc balansı uğrunda mübarizənin müvəqqəti aləti kimi görür. Bu yanaşmaya görə, dövlətlər arasında güc uğrunda mübarizəni qadağan etmək mümkün olsaydı, diplomatiya öz-özünə yox olardı. Liberalizm isə iddia edir ki, hətta anarxiya dövründə belə, diplomatiya rasional maraqları idarə etmək, qarşılıqlı asılılığı artırmaq və sülhü qo­rumaq üçün institusional mexanizm kimi xidmət edir. Konstruktivizmə görə isə anarxiya sabit deyil; dövlətlərin subyektiv düşüncə və davranışlarından asılı olaraq dəyişkəndir. Bu kontekstdə konstruk­tivistlər diplomatiyanı sadəcə alət deyil, həm də beynəlxalq aləmin “ortaq şüurunu”, kimliyini, nor­malarını və sosial reallığını formalaşdıran dinamik bir proses olaraq qəbul edirlər.

Açar sözlər: diplomatiyanın ontologiyası, realizm, liberalizm, konstruktivizm, anarxiya, müqa­yisəli təhlil.



YÜKLƏ [398.73 Kb]
Baxış: 3
© 2023 TARİX VƏ ONUN PROBLEMLƏRİ

“Tarix və onun problemləri” elmi, nəzəri, metodik jurnal 1997-ci ildə Mətbuat və İnformasiya nazirliyinin reyestrinə daxil edilmiş və həmin ildən nəşr edilməsinə başlanılmışdır. İldə 4 sayı nəşr edilir.

AAK tərəfindən Azərbaycan Respublikasında məqalələrin dərc olunması tövsiyə edilən dövri elmi nəşrilər siyahısına daxildir:
Tarix və Antropologiya , Siyasi elmlər


Redaksiyanın ünvanı: Akademik Z.Xəlilov küçəsi, 23
Bakı Dövlət Universiteti, Tarix fakültəsi, 805

Telefon: (012) 539-08-56

E-mail: [email protected]



{sape_links}